Alçipan. Asma tavan | Usta Nemət Ələsgərov


Bu dəfəki qonağımız alçipan ustası Nemət bəy oldu. İllərin qazandırdığı təcrübələrinə dayanaraq bu sahədə verilən sualları dolğun şəkildə cavablandırdı və bu işin sirrlərini əyani şəkildə göstərdi. Yeni mənzil tikən şəxslər həmçinin bu işə yeni başlayan ustalar üçün faydalı məlumatlar verdi.
Növbəti qonağımız hansı sahədən olsun istəyirsinizsə şərhlərdə bildirin.

Mövzular:

00:00 – Giriş
01:03 – Mənzillərdə daşıyıcı tavan yığılması məcburdurmu?
02:28 – Asma tavan ilə dartma tavanın fərqi
03:38 – Alçipan ilə ara kəsmə etmək düzgündürmü?
05:44 – Konstruksiya neçə sm-dən qurulmalıdır?
13:10 – Alçipanı hamamda istifadə etmək olarmı?
14:17 – A frame evlərdə hansı tavandan istifadə edilməlidir?
14:52 – Daş divara alçipanı birbaşa tətbiq etmək olarmı?
15:35 – Hamama alçipan tətbiq edərkən kafeli zədələməmək üçün nə etmək lazımdır?
19:00 – İsti döşəməli yerlərdə ara kəsmə yığılan zaman döşəməyə zərər verməmək üçün nə etmək lazımdır?
20:17 – Yeni təmirdən çıxan evdə alçipan çatlaması problemi
20:52 – Döşəməyə alçipan tətbiq etmək olarmı?
21:18 – Şadlıq evlərində səslərin əks-səda verməməsi üçün üzlənmə necə olmalıdır?
22:09 – Hansı ölçüdə alçipan istifadə etmək məsləhətdir?


Leave a Reply

Your email address will not be published. Required fields are marked *