Elektrik | Elektrik montyoru Zaur Ağacanov


Elektrik enerjisi həyatımızın hər anında istifadə olunur. Elektrik enerjisinin icadı öz növbəsində elektrik avadanlıqlarının kəşfinə də yol açmışdır ki, bu da insanların yaşamını xeyli yüngülləşdirmişdir. Faydalı olması ilə yanaşı, düzgün istifadə edilmədikdə elektrik enerjisnin fəsadlarını da görmək mümkündür. Evlərdə yanğınların böyük qisminə elektrik enerjisi səbəb olur. Bundan qorunmaq üçün ev təmir edərkən hansı nüanslara diqqət etmək lazımdır? Bu və digər bir çox mövzunun cavabını bu videoda tapacaqsınız.
Növbəti qonağımız hansı peşə sahəsindən olsun istəyirsinizsə şərh bölməsində yazmağı unutmayın.

Mövzular

00:00 – Giriş
01:13 – Evlərin təmiri zamanı elektrik xətlərinin quraşdırılması zamanı nələrə diqqət etmək lazımdır?
01:52 – Elektrik kabellərinin fərqi
02:56 – Elektrik borularının istifadəsi
04:00 – Elektrik xətlərinin çəkilməsi sxemi
06:16 – Müxtəlif elektrik avandanlıqları üçün elektrik kabellərinin ölçüsü necə olmalıdır?
07:31 – Elektrik avtomat açarlarının iş prinsipi
08:24 – Elektrik qutularında nələr quraşdırılmalıdır?
09:58 – Elektrikdən gələn təhlükələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir
11:03 – Elektrik açarları və elektrik yuvalarının standart hündürlüyü necə olmalıdır?


Leave a Reply

Your email address will not be published. Required fields are marked *