Ev almaq bəzən maddi cəhətdən çətin ola bilir. Buna görə əksər insanlar ipoteka və sosial evlərə müraciət edirlər . Bu proses kimlər üçünsə qarmaşıq görünə bilər. Elə bu nüansları nəzərə alaraq bu dəfəki qonağımız bu sahədə təcrübəli ekspert Sübhan bəy oldu. İzləyicilərdən gələn sualları cavablandırdı, həmçinin də aktual olan mövzular haqqında danışdı.
Növbəti qonağımızın hansı sahədən olmasını istəyirsinizsə şərh hissəsində yazmağı unutmayın.
Mövzular:
01:28 – Sosial evləri əldə etmək üçün hansı şərtlər ödənilməlidir?
02:46 – Dövlət müəssəsində çalışmayan biri ipoteka ilə ev ala bilərmi?
03:01 – İpoteka krediti alan vətəndaş hansı mərhələlərdən keçməlidir?
04:14 – İpoteka ödənişi bitməmiş evi satmaq olarmı?
06:42 – İpoteka krediti götürmək üçün yaş məhdudiyyəti varmı?
07:33 – İpotekaya hansı daşınmaz əmlaklar aiddir?
08:15 – İpoteka krediti alan zaman dövlət işində çalışan biri ilə fərdi sahibkar eyni hüquqlara malikdir?
10:09 – İpoteka krediti almaq üçün minimal əmək haqqı tələbi varmı?
10:47 – İpotekanın aylıq ödənişi hansı əsaslara görə hesablanır?
11:40 – İnflyasiyanın ipteka ödənişinə təsiri varmı?
12:33 – Hansı hallarda bank vətəndaşdan evi geri ala bilər?
13:02 – İpoteka krediti alan zaman nələrə diqqət etmək lazımdır?
15:04 – İpoteka kreditində zamin anlayışı.
Leave a Reply